Dünya

Aparıcı Tamilla Abdullayeva qəzada öldü

Sharing is caring!

Rusiyanın Mahaçqala şəhərində dağıstanlı aparıcı Tamilla Abdullayeva avtomobil qəzası nəticəsində həyatını itirib.

XəbərAl.az xəbər verir ki, bu haqda onun həmkarı Natalya Poreskaya instaqram hesabında yazıb.

Hadisə şahidinin “RİA Novosti”yə verdiyi məlumata görə, qadın jurnalist hadisə yerində vəfat edib: “O, öz həmkarı ilə bir yerdə idi. Zərbə ona dəyib. Həmkarı bir az xəsarət alıb. Sükan arxasında 22 yaşlı oğlan olub”.

T. Abdullayeva “MTV Stolitsa” (“МТВ Столица”) telekanalında baş redaktor olub. Bundan əlavə, o, “Tibb bələdçisi” və “Uğur düsturu” proqramlarının aparıcısı idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir