Dünya

Ölkəsinə qayıdan alman deputat təyyarədə öldü

Sharing is caring!

Alman parlamentinin deputatı Karin Ştrents Kubadan Almaniyaya səfər edərkən təyyarədə vəfat edib.

XəbərAl.az “Deutche Welle”yə istinadən xəbər verir ki, bu barədə onun həmkarı Laut Reberqin məlumat verib.

Millət vəkilinin sözlərinə görə, Ştrents uçuş zamanı huşunu itirib və təyyarə Dublin şəhərinə təcili eniş etməli olub. O, xəstəxanaya yerləşdirilsə də, həkimlər 53 yaşlı deputatın həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Karin Ştrents hakim Xristian Demokratik Birlik partiyasının üzvü olub.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir