Dünya

Bu ölkədə 2 həftəlik fövqəladə vəziyyət elan olunacaq

Sharing is caring!

Martın 13-də Moldovanın Ali Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda Moldovada pandemiya ilə bağlı vəziyyət müzakirə edilib.

XəbərAl.az yerli mətbuat istinadla xəbər verir ki, iclasda Moldova Prezidenti Maya Sandu hazırda vəziyyətin kritik olduğunu və bunun bir sıra məsələlərin təcili həllini zəruri etdiyini söyləyib. Prezident parlament üzvlərini və Səhiyyə Nazirliyinin nümayəndələrini qərar verməyə dəvət edib.

“Virusa yoluxma hallarının artmasının qarşısını almaq üçün məsuliyyətli qərarlara ehtiyacımız var. Fövqəladə hallar zamanı kompensasiya, peyvəndlər, müayinələrə giriş və pulsuz dərmanlarla əlaqədar tədbirlər müəyyənləşdirilməlidir. Mənim və Ali Təhlükəsizlik Şurasının mövqeyi belədir ki, ölkədə koronavirusla bağlı təhlükəli vəziyyət yarandığı üçün 2 həftə ərzində fövqəladə vəziyyət elan edilsin. Moldova hökuməti 3 gün ərzində müvafiq qərar çıxarmalıdır”, – deyə Maya Sandu əlavə edib.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir