Dünya

8 martdan etibarən məktəblər açılacaq

Sharing is caring!

İngiltərədə koronavirus qadağalarının yumşaldılması çərçivəsində məktəblərin 8 martdan etibarən açılacağı bildirilib.

XəbərAl.az xəbər verir ki, bu barədə İngiltərənin Peyvənd naziri Nadhim Zahavi açıqlama verib.

O, martın 29-dan etibarən 2 ailə və ya 6 əfərlik qrupların çöldə görüşə biləcəyini deyib:

“Hədəf ilkin olaraq  uşaqlar, sonra məktəblər, daha sonra iki nəfərlik qrupların çöldə görüşməsi və bəlkə bir fincan kofe içməsidir. Bu, 8 martdan etibarən mümkün olacaq. 29 martdan etibarən isə iki ailə və ya 6 nəfərlik qrupun açıq havada görüşü və idman fəaliyyətləri mümkün olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir