Dünya

Bu ölkədə “qanuni oğruların” seçkilərdə iştirakı qadağan edilir

Qırğız Respublikasında mütəşəkkil cinayətkar qrup üzvlərinin və “qanuni oğruların” prezident və parlament seçkilərində namizəd kimi iştirakı qadağan olunur.

XəbərAl.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin irəli sürdüyü bu təşəbbüs ictimai müzakirəyə çıxarılıb.

DİN “Seçkilər haqqında” və “Mütəşəkkil cinayətkarlıqla mübarizə haqqında” qanunlara dəyişiklik hazırlayıb. Qurum mütəşəkkil cinayətkar qrup üzvlərinin prezident və deputatlığa namizəd olmasının qadağan etməyi təklif edir. Qanun layihələri Qırğız Respublikası hökumətinin saytında ictimai müzakirəyə çıxarılıb.

Yeni dəyişikliklərə görə, prezidentliyə namizəd MSK-ya mütəşəkkil cinayətkar qrup lideri və ya üzvü kimi qeydiyyatda olmadığına dair sənəd təqdim etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir