Dünya

Ankaradan Moskvaya çağırış: “Buna son qoyun”

Sharing is caring!

Türkiyə Xarici İşlər Nazirliyi Ukraynanın qanunsuz şəkildə ilhaq edilmiş Krım bölgəsindəki son olaylara münasibət bildirib.

XəbərAl.az xəbər verir ki, XİN-in verdiyi açıqlamada dünən Krımda tatar türklərinin evlərin edilən basqınlar və həbslərdən narahatlıq ifadə edilib.

“Dünən səhər saatlarında Krımda soydaş tatar türklərinin evlərinə edilən basqınları və həbsləri təşvişlə qarşılayırıq”, – açıqlamada qeyd olunub.

XİN Rusiyaya çağırış edərək, bu kimi addımlara son qoymasını istəyib:

“Krım Yarımadasının əsl sakinləri olan tatarlarına qarşı bu kimi addımların atılmasına son qoymağa çağırıq. Krımın qeyri-qanuni ilhaqını tanımayan Türkiyə Krım tatarlarının yanında dayanmağa davam edəcək”.

Qeyd edək ki, dünən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Krımda bir qrup tatar türkünün evinə basqın edərək, 6 nəfəri həbs edib.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir