Dünya

Prezidentin qohumunu məğlub edən idmançı öldürüldü

Sharing is caring!

Türkmənistanda 14 yaşlı cüdoçu qətlə yetirilib.

XəbərAl.az xarici mətbuata istinadən xəbər verir ki, idmançı Süleyman Tursunbayev yerli turnirlərin birində qalib olduqdan sonra bir qrup şəxs tərəfindən qaçırılıb.

Valideynlərinin verdiyi məlumata görə, cüdoçu həmin şəxslər tərəfindən döyüldükdən sonra huşsuz vəziyyətdə tapılıb və xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

İdmançını Prezidentin öldürtdüyü iddia edilir. Belə ki, o, finalda Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun qohumu ilə qarşılaşıb. Ona rəqibinə uduzmaq təklif olunsa da, cüdoçu bunu etməyib və qalib gəlib.

Yarış bitəndən sonra cüdoçunun müəlliminin də döyülərək öldürüldüyü bildirilir.

Hadisə ilə bağlı cinayət işi başlanmayıb.

Prezidentin qohumunu məğlub edən idmançı öldürüldü
Prezidentin qohumunu məğlub edən idmançı öldürüldü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir