Dünya

BMT-dən qlobal qida böhranı ilə bağlı xəbərdarlıq

Sharing is caring!

“Yoxsul ölkələrin bu il koronavirus pandemiyasının səbəb olduğu yüksək qida qiymətləri ilə əlaqədar olaraq böhranla qarşı-qarşıya qalma riski keçən ilə nisbətən daha yüksəkdir”.

XəbərAl.az xəbər verir ki, bunu BMT-nin xüsusi səfiri Aqnes Kalibata “Guardian”a açıqlamasında deyib.

“Qida sistemləri pandemiya səbəbindən kiçilib. Ərzaqlar bahalaşıb. Bəzi yerlərdə insanlar üçün əlçatmaz vəziyyətə çatıb. Qida problemi bu il keçənilkindən daha təcilidir”, – o bildirib.

BMT rəsmisi koronavirusun xüsusən birjaları vurduğunu, karantinlər səbəbindən marketlərin bağlı olduğunu, buna görə də fermerlərin vəziyyətinin pisləşdiyini qeyd edib:

“Qida qiymətlərində ciddi artım və qida qıtlığı ilə qarşı-qarşıya olan Keniya, Somali və Efiopiya kimi Afrika ölkələrinin vəziyyətini gözlənilən şiddətli quraqlıq mövsümü daha qarışıq hala gətirib. Qida sistemləri keçən il təzyiqə müqavimət göstərə bildi.

Hökumətlər BMT-nin sərhədlərin qapanmaması və tariflərin müəyyənləşdirilməsi istiqamətindəki tövsiyələrinə müsbət reaksiya göstərdilər. Bundan başqa, keçən il hasilat da yaxşı idi. Ancaq insanlar keçən il boyunca bütün qida, maliyyə qaynaqları və yardımları istifadə etdilər. İndi tək, dəstək olmadan böhranla qarşı-qarşıya qalıblar”.

“Bu il iqtisadi gərginlik səbəbindən çox daha ciddi problemlərlə qarşı-qarşıyayıq. Bu, dünya miqyasındadır”, – A.Kalibata əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir