Dünya

Sabiq prezident vəfat etdi

Sharing is caring!

Argentinanın eks-prezidenti Karlos Menem dünyasını dəyişib.

XəbərAl.az xəbər verir ki, bu barədə TN telekanalı bildirib.

Məlumata görə, o, 90 yaşında vəfat edib. Menem ötən ilin dekabrında xəstəxanaya yerləşdirilmişdi. Sabiq dövlət başçısı sidik sistemi infeksiyasından əziyyət çəkirdi.

Argentinada Menemi “böyük transformasiyanın atası” adlandırırdılar. O, prezident postunda özəlləşdirmə və maliyyə sabitləşməsi kimi bazar islahatlarını keçirib, inflyasiyanın azalmasına nail olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir