Dünya Siyasət

Kılıçdaroğluna hücum edənlər kimlərdir?

Ankarada şəhid cənazəsində yumruqlanan CHP lideri Kamal Kılıçdaroğluna hücum edənlərin kimliyi bəlli olub.

XəbərAl.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, polis artıq 6 nəfərin şəxsiyyətini müəyyən edib. Hazırda onların tutulması istiqamətində iş aparılır. Ankara Baş Prokurorluğu insidentlə bağlı “terror və təşkilatlanmış hücum” adı altında istintaqa başlayıb.

 

Çubuk əyalətində yaşayan kəndlilər isə hücum edənlərin Akkuzulu olmadıqlarını bildiriblər:

“Onlar bizim kəndin sakinləri deyil. Yaddırlar. Provaksiya törədiblrə. Bura şəhidin evidir. Şəhidə hörmət edilib dua oxunur. Ayıb deyilmi?”.

Ankara meri Vasip Şahin isə təhlükəsizlik tədbirlərinin görüldüyünü, hücum edənlərlə bağlı lazımi addımların atılacağını bildirib. İcra başçısı Kılıçdaroğlu ilə daim əlaqədə olduqlarını deyib.

 

CHP-də isə fövqəladə iclas keçirilib, vəkillər Ankaraya çağrılıb.

Kılıçdaroğlu baş ofisdə açıqlamasında bunları deyib:

“Mənə edilən hücum Türkiyənin birliyinə və bərabərliyinə edilən hücumdur. 82 milyonu qucaqlayan bir partiyanın lideriyəm. Vaxtilə PKK-nın hücumuna məruz qalmışdım. Bu gün də bənzər hadisəni yaşadım. Bir addım belə geri atmayacağam”.

 

 

MHP lideri Dövlət Baxçalı da Kılıçdaroğlunun hücuma məruz qalması ilə bağlı açıqlama verib:

“Bu hadisədən məmnuniyyət duymaq mümkün deyil. İqtidar partiyasından sonra Məclisdə çoxluq təşkil edən siyasi partiyanın liderinə bunu etmək qəbuledilməzdir”.