Dünya Siyasət

İmamoğlu Ərdoğanla görüş haqqında – “Mənim üçün şərəfdir”

Sharing is caring!

İstanbulun Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu partiyalararası gərginliyi azaltmaq üçün ilk addımını atıb.

XəbərAl.az xəbər verir ki, o, Ərdoğanın Tvitterdə paylaşdığı iki statusu bəyənib və bu addımını belə izah edib:

“Kaş ki dəmir heç qızmayaydı. Təbii ki, soyusun. Sülh və hüzur olsun. Bu ölkədə sülhü və hüzuru dəstəkləyən hər açıqlama bizim üçün qazancdır”.

 

 

İmamoğlu daha sonra iş adamı Atalay Şahinoğlunun cənazə namazında iştirak etmək üçün Altunizadədəki İlahiyyat Fakültəsi Məscidinə gedib. Namazdan sonra Ərdoğanla ayaqüstü söhbətləşib, avtomobilə əyləşənə qədər onunla birlikdə gedib.

 

 

 

Mətbuata açıqlama verən sədr qeyd edib ki, bunların baş verməsi təbiidir:

“Nəzakətli davranışın, görüşmənin normallaşması lazımdır. Mən bunu təmsil edəcəyəm. Daha əvvəl də demişdim ki, fürsət taparsam, salamalaşaram, qucaqlaşaram. Şəhərimiz üçün söhbət edərəm. Mənim üçün şərəfdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir