Dünya

“Hərbi bazalar bağlanılmalıdır” – Türkiyədən şok tələb

Sharing is caring!

Türkiyənin müxalifətdə olan Rifah Partiyasının lideri Fatih Ərbakan ABŞ-ın bu ölkədəki Kürəcik və İncirlik hərbi bazalarının bağlanmasının lazım olduğunu deyib.

XəbərAl.az xəbər verir ki, Ərbakan ABŞ tərəfinin Türkiyə ilə münasibətləri gərginlik məcarasına sürükləyən addımlarına diqqət çəkib.

Onun sözlərinə görə, ABŞ Türkiyənin milli maraqlarını təhdid edən addımlarını davam etdirəcəksə, bu ölkədəki hərbi bazaları da bağlanılmalıdır.

“Türkiyə-ABŞ münasibətləri milli maraqlara zərər verməyəcək şəkildə davam etməlidir. Amma PKK/YPG terror təşkilatına dəstək verən Amerika rəhbərliyinin dosyesi ortadadır”, – Ərbakan vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir