Dünya

NASA Aya gedəcək heyəti açıqladı

Sharing is caring!

2024-cü ildə Aya gedəcək heyətdə doqquz qadın və doqquz kişi olmaqla, ümumilikdə 18 astronavt var.

NASA-nın verdiyi açıqlamada bildirilir ki, bütün heyət üzvləri Ay səthinə uçuşlara qatılmayacaq, ancaq hər zaman vəzifə üçün hazır olacaqlar.

Təxminən üç ildir işləyən “Artemis” layihəsində 2021-ci ildə pilotsuz uçuşlar, 2023 və 2024-cü illərdə isə pilotlu uçuşlar planlaşdırılır.

Cosef Vonder, Kayla Barron, Raja Çari, Matteo Dominik, Victor Glover, Varren Hoburq, Conni Kim, Kristina Koç, Kjell Lindqren, Nikol A Mann, Anne MakKleyn, Cessika Meyer, Jasmin Moqbeli, Keyt Rubins, Frank Rubio, Skott Tinql, Cesika Vatkins, Stefani Vilson heyətə daxildirlər.

ABŞ Prezidenti Donald Tramp NASA-ya 1,6 milyard dollarlıq əlavə büdcə ayırdığını deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir