Dünya

ABŞ-da 20 yanvaradək baş verəcək təhlükə barədə XƏBƏRDARLIQ

Sharing is caring!

ABŞ-ın Missuri ştatının Vaşinqton Universitetində aparılan araşdırmaya görə ölkədə yeni koronavirusa yoluxma sayı 20 yanvaradək iki dəfə arta bilər.

CNN məlumat verir ki, göstərilən tarixədək yoluxma sayı 20 milyonu keçəcək.

Universitetin digər hesablamasına görə, iki ay ərzində 140 mindən çox amerikalı virusdan ölə bilər.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alması Mərkəzi (CDC) koronavirusun ötürülüb-ötürülməməsini anlamaq üçün tələb olunan karantin müddətini qısalda biləcəyini bildirib.

Ölkədə xəstəxanaya yerləşdirmə sayı son 14 gün ərzində ən yüksək göstəriciyə çatıb.

Qeyd edək ki, ABŞ koronavirusa 12 956 783 yoluxma və 265 943 ölüm sayına görə dünya ölkələri arasında birincidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir