Dünya

Türkiyə Almaniya, İtaliya və Avropa İttifaqına nota verib – FOTO

Sharing is caring!

Türkiyə Almaniya, İtaliya və Avropa İttifaqına nota verib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilir ki, Avropa İttifaqının, İtaliyanın Ankaradakı səfiri və Almaniyanın Ankaradakı müvəqqəti işlər vəkili Türkiyənin Xarici İşlər nazirinin müavini Sedat Önal tərəfindən nazirliyə çağırılıb.

Notanın səbəbi dünən Aralıq dənizi vasitəsilə Liviyaya ərzaq, boya və bu kimi məhsullar aparan Türkiyəyə məxsus ticarət gəmisində kapitanı yunan olan Almaniyaya məxsus “Hamburq” gəmisinin hərbi heyətinin beynəlxalq dəniz qanunlarına zidd olaraq axtarış aparmasıdır.

Türkiyə XİN-dən verilən açıqlamada deyilir:

“Türkiyənin icazəsi olmadan bizə məxsus “Roseline A” ticarət gəmisinə “İrini əməliyyatı” çərçivəsində minib axtarış aparılması hadisəsinə etiraz edilib. Bununla bağlı əlaqədar ölkələrə nota verilib. Notada hadisənin beynəlxalq hüquqa zidd olduğu, təzminat hüquqlarımızın qorunduğu qeyd edilib”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir