Dünya

Almaniya hərbçiləri Türkiyə gəmisinə hücum etdi – VİDEO

Sharing is caring!

Almaniya hərbçiləri Türkiyənin Aralıq dənizində üzən gəmisinə hücum edib.

Bu barədə “Haber7” məlumat yayıb.

Qeyd olunur ki, Türkiyə bayrağı altında üzən “ROSELINA-A2” adlı gəmi İstanbuldan Liviyaya humanitar yardım daşıyıb.

Gəmi Almaniya katerləri tərəfindən dayandırılıb.

Aparılan axtarış nəticəsində orada humanitar yardım və qida məhsullarından başqa heç nə tapmayan hərbçilər gəminin göyərtəsini tərk ediblər.

Məlumata əsasən, dəniz nəqliyyatı hüququna əsasən, başqa bir dövlətin hərbçiləri icazə olmadan digər ölkənin bayrağı altında üzən gəmidə yoxlama apara bilməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir