Dünya

Sergey Lavrov Azərbaycan Prezidenti ilə görüşün nəticələrindən danışıb

Sharing is caring!

Bakıda səfərdə olan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Prezident İlham Əliyevlə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, görüş iştirakçıları Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmaya alternativin olmadığını təsdiqləyiblər.

Xəbəri “RİA Novosti” agentliyi yayıb.

“Müzakirələrdə idarələrarası orqanların nümayəndə heyəti formatında və daha sonra kiçik formatda əlavə məsləhətləşmələr aparıldı. Əsas nəticə budur ki, Rusiya, Azərbaycan və Ermənistanın 9 noyabrda əldə etdiyi razılaşmanın aktuallığı və alternativsizliyini tamamilə təsdiqləyib”, – S.Lavrov jurnalistlərə bildirib.

Rusiyalı diplomat əlavə edib ki, bu razılaşma qan tökülməsini dayandırdı və Dağlıq Qarabağ ətrafında vəziyyətin uzunmüddətli nizama salınmasının əsasını qoydu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir