Dünya

ABŞ Danimarka və İsveçin müdafiə müəssisələrini gizli izləyirmiş

ABŞ Milli Təhlükəsizlik Agentliyi İsveç və Danimarka müdafiə sənayesinin fəaliyyətini gizli izləyirmiş. Elektron kəşfiyyat, dinləmə əməliyyatları Danimarkadakı Amerika bazasından həyata keçirilib.

Bu barədə “Danmarks Radio” ölkənin Hərbi Kəşfiyyat Xidmətindəki bir neçə mənbədən məlumat aldığını bildirib.

Nəzarət altında olan obyektlər arasında İsveçin “SAAB” şirkəti və Danimarkanın “terma” konserni də var.

Agentlik Niderland, Norveç, Fransa, Almaniya, Danimarkanın siyasi qurumlarının və “İsveç hərbi maraqları”nın məlumat trafikini izləməyə imkan verən Amagerdəki fiber optik kabellərə və kompyuter mərkəzinə girişi təmin edib.

Bəzi məlumatlara görə, diqqət mərkəzində “Gripen” – İsveçin dördüncü nəsil çoxtəyinatlı qırıcısı olub. “Danmarks Radio”suna görə dinləmə, Danimarkanın yeni hərbi təyyarələr almaq planları ilə əlaqədar olaraq həyata keçirilib və bu istiqamətdə “Gripen” potensial namizəd hesab edilirdi.

Ancaq Danimarka Hava Qüvvələri üçün Amerikadan 27 ədəd “F-35” aldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir