Dünya

Ekspertlər Trampın seçkilərdə məğlub olacağı təqdirdə nə edəcəyini proqnozlaşdırdı

Sharing is caring!

ABŞ Prezidenti Donald Tramp prezident seçkilərində Cozef Baydenə məğlub olarsa rəqibini və mətbuatı tənqid etmək üçün paralel hökumət yarada bilər.

Life.ru-nun məlumatına görə, “Axios” portalının mütəxəssisləri belə bir proqnozla çıxış ediblər.

Bildirilib ki, seçkilərdə mümkün məğlubiyyət Trampın Respublikaçılar Partiyasında mövqeyinə təsir etməyəcək və o 2024-cü ildə yenidən Ağ Evin başçısı kürsüsü uğrunda yarışa bilər.

“Tramp, əslində partiyanı dörd il müddətinə dondura bilər”, – deyə materialda bildirilir.

Qeyd edək ki, Trampın qərargahı Viskonsin, Miçiqan və Pensilvaniyadakı seçkilərin nəticələrini qəbul etmir. Siyasətçinin vəkili Rudolf Gulianinin dediyinə görə, müşahidəçilərə bülletenləri izləməyə icazə verilməyib. Vəkil demokratları korrupsiyada, həmçinin “ölü canlar” və saxtakarların köməyi ilə səs yığmaqda günahlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir