Dünya

Virusoloq “dinc koronavirus” barədə proqnoz verdi

Sharing is caring!

Bir neçə ildən sonra koronavirus artıq bəşəriyyət üçün təhlükə yaratmayacaq.

“Qazeta”nın məlumatına görə, bu barədə Rusiyada Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin professoru, virusoloq Anatoli Altşteyn bildirib.

Rusiyalı alim virusun daşıyıcısının ölümündən heç bir fayda görmədiyini və adətən ölümə səbəb olmayan ştammların çoxaldığını izah edib.

“Beləliklə, virusun yoluxuculuğu arta bilər, patogen xüsusiyyətləri isə ehtimal ki, azalacaq”, – deyə professor proqnozlaşdırıb.

Onun sözlərinə görə, təxminən bir, yaxud da üç ildən sonra virus dinc hala gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.