Türkiyənin Antalya şəhərində içərisində turistlər olan gəzinti qayığı batıb.
Bu barədə “Baza” “Telegram” kanalı Rusiya Baş konsulluğuna istinadla xəbər verib.
Göyərtədə 38 nəfər olub. Onların azı 12-si Rusiya vətəndaşı olub.
Qayıqda olanlardan 37 nəfəri xilas edilib, bir Rusiya vətəndaşı isə ölüb.