Türkiyənin “TGRTHaber” saytı Türkiyə və Azərbaycan bayraqları ilə bəzənmiş Bakı küçələrindən fotolar paylaşıb. Fotolarda “8 noyabr Zəfər Günü” yazılmış lövhələr və iki qardaş ölkənin yanaşı asılmış bayraqları diqqət çəkir.
“Gürcüstan sülh naminə dialoqu təşviq etmək məqsədilə Azərbaycan və Ermənistan parlamentləri üzvlərinin Tbilisidə görüşünü təşkil etməyə hazırdır”. “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Böyük Britaniyanın Birminqem şəhərində keçirilən ATƏT Parlament Assambleyasının (PA) sessiyasının son iclasında çıxışında deyib. Cənubi Qafqazda sabitlik və əmin-amanlığın əhəmiyyətindən danışan komitə sədri bölgədə sülhün […]
“Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz. Mən onlara bizim bu qəhrəman əsgər və zabitlərimizin hüzurunda müraciət edərək deyirəm: Siz köçkün deyilsiniz, siz qayıdırsınız. Biz sizi qaytaracağıq”. Bu sözləri Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı deyib. İlham Əliyev bildirib ki, burada oturanlar, […]