Dünya

Almaniyada Konstitusiyadan “irq” sözü çıxarıla bilər

Sharing is caring!

Almaniyada Konstitusiyadan “irq” sözü çıxarıla bilər.

RT-nin məlumatına görə, bu barədə AFR-in Ədliyyə naziri Kristin Lambrext bildirib.

“Müxtəlif irqlərin mövcud olmadığı barədə tam bir razılıq var… Bu səbəbdən federal hökumətdə bu mərhələdə əsas qanuna yenidən baxmağı qəbul etdik”, – deyə o bildirib.

Siyasətçi, “irq” termininin Almaniya Federativ Respublikasının Konstitusiyasına 1949-cu ildə “özünü nasist irq ideologiyasından açıq şəkildə uzaqlaşdırmaq” məqsədi ilə daxil edildiyini deyərək, bu gün bu ifadənin istifadə edilməsinin anlaşılmazlıqlara səbəb ola biləcəyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.