Dünya

İran ABŞ-ın yeni prezidenti ilə nüvə anlaşması çərçivəsində dialoqa hazırdır

İran nüvə razılaşması çərçivəsində ABŞ-ın növbəti prezidenti ilə dialoqa hazırdır.

Press TV xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

“Yeni hökumətin hansı partiyaya mənsub olmasından asılı olmayaraq, ABŞ-da hansı siyasətin yürüdüləcəyinə əsaslanacağıq. Dialoq üçün çərçivə aydındır – Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA)”, – o qeyd edib.

Xətibzadə əlavə edib ki, hər iki ABŞ partiyası siyasətlərinin nə qədər uğursuz olduğunu anlayıblar və hədəflərinə çatmayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir