Dünya

Rusiyada ayı zoopark işçisinə hücum çəkib – ANBAAN VİDEO

Sharing is caring!

Rusiyada ayı zoopark işçisinə hücum çəkib.

“Mash” “Telegram” kanalının məlumatına görə, hadisə Kursk şəhərində baş verib.

Bildirilir ki, həmin gün 50 yaşlı qadının ikinci iş günü olub. O, volyerə yaxınlaşıb (halbuki təmizlik işləri onun vəzifəsi deyildi), ayı onun qolundan yapışaraq içəri çəkib. Qışqırığa onun həmkarları gəlib, ağacın köməyi ilə ayını uzaqlaşdırmaq mümkün olub.

Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Heyvan isə volyerdə ölüb. Zoopark işçilərinin sözlərinə görə, ayını qadından uzaqlaşdırarkən ağacın iti ucu heyvanın ağciyərini dağıdıb.

Zoopark direktorunun sözlərinə görə, ayı iki il idi ki, onlarda idi. Heyvan bu müddət ərzində özünü çox sakit aparıb.

Polis qadının volyerə niyə yaxınlaşdığını araşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir