Dünya

Avropadan Rusiyaya zərbə – 9 nəfər və 1 təşkilat…

Avropa İttifaqı kimyəvi silah istifadəsinə görə Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini bir il uzadıb.
XəbərAl.Az bu barədə RİA “Novosti”yə istinadən xəbər verir.
Bildirilib ki, kimyəvi silahların istifadəsi və yayılması ilə mübarizə sanksiyalarına sabiq agent Sergey və qızı Yuliya Skripalın zəhərlənməsi də əlavə olunub.
Sanksiya tədbirləri fiziki və hüquqi şəxslərin Avropa İttifaqına girişinin qadağan edilməsini və onların mülklərinin dondurulmasını nəzərdə tutur. Siyahıya 9 nəfər və 1 təşkilat – Suriyadakı Elmi Tədqiqatlar Mərkəzi daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir