Dünya

Gürcü sərhədçiləri Ermənistana qanunsuz silah daşınmasının qarşısını alıblar – FOTO/VİDEO

Gürcüstan-Ermənistan sərhədində Ermənistana silah daşıyan yük maşını saxlanılıb.

Minval.az bu barədə etibarlı mənbələrə istinadən xəbər yayır.

Qeyd edilir ki, Gürcüstan sərhədçilərinin ayıq-sayıqlığı nəticəsində Ermənistana qanunsuz silah daşınmasının qarşısı alınıb.

Hərbi mütəxəssislərin sözlərinə görə, fotolara və videolara əsasən demək olar ki, maşında avtomatik idarəetmə sistemi quraşdırılıb.

O, komanda məntəqələrində quraşdırıla bilər və qoşunları idarə etmək, bölmələrin hərəkətlərini əlaqələndirmək, raket qüvvələri və topçu birliklərinin atəşinə nəzarət etmək üçün istifadə edilə bilər.

Nəzərə alaq ki, hərbi avtomatik idarəetmə sistemi məşhur erməni “Spayka” nəqliyyat şirkətinə məxsus mülki yük maşınları ilə daşınıb.

Beləliklə, erməni hakimiyyəti Gürcüstanın Ermənistan üçün ərazisindən hərbi yük daşınmasına qoyduğu qadağanı pozmağa davam etdiyi açıq görünür. Eyni zamanda, ölkəyə silah qaçaqmalçılığı cəhdləri göstərir ki, rəsmi İrəvan, təəssüf ki, hərbi təxribat siyasətinə davam edir və münaqişənin sülh yolu ilə həllinə meylli deyil.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir