Dünya

Trampın mitinqində iştirak edən 10 nəfər koronavirusa yoluxdu

Sharing is caring!

ABŞ Prezidenti Donald Trampın Minnesotada sentyabrda keçirdiyi seçkiqabağı mitinqdə 10 nəfər koronavirusa yoluxub.

ABC telekanalı xəbər verir ki, bununla bağlı Minnesotanın səhiyyə idarəsi məlumat yayıb.

Bildirilib ki, yoluxanlardan birinin vəziyyəti ağırdır və o, reanimasiya şöbəsinə yerləşdirilib.

Onların dəqiq harada virusa yoluxması bilinmir. İdarə ehtimal edir ki, onlar Trampın mitinqində COVID-19-a yoluxub.

Qeyd edək ki, oktyabrın 2-də Tramp və həyat yoldaşında koronavirus aşkarlanıb. Onlar bir gün sonra xəstəxanaya yerləşdirilib. Tramp üç günlük müalicədən sonra tibb müəssisəsindən buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir