Dünya

İtkin düşdüyü deyilən Qırğızıstan prezidenti tapıldı

Sharing is caring!

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Bişkekdədir və ölkədəki vəziyyəti qanuni yoluna qaytarmaq üçün bütün siyasi qüvvələrlə danışıqlar aparır.

“RİA Novosti”nin məlumatına görə, bu barədə onun mətbuat xidmətinin rəhbəri Tolqonay Stamaliyev bəyan edib.

Qeyd edək ki, ölkənin Təhlükəsizlik Şurası rəhbərinin müavini Omurbek Suvanəliyev “İnterfaks”a müsahibəsində S.Jeenbekovun və ölkənin baş naziri Qubatbek Boronovun yerinin məlum olmadığını bildirmişdi. O, təhlükəsizlik məqsədilə sərhədlərin bağlanılması barədə qərar verildiyini vurğulamışdı.

Suvanəliyevin sözlərinə görə, ölkənin birinci şəxsləri etiraz aksiyaları başlayandan bəri ictimaiyyət arasında görünməyiblər. İnternetdə prezidentin bir neçə müraciəti səsləndirilsə də, onların harada yazıldığı məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir