Dünya

Düşməndən etiraf: Azərbaycan Ordusu bu gün 80 erməni işğalçısını məhv etdi – YENİLƏNİB

Sharing is caring!

İşğalçı Ermənistan silahlı qüvvələri daha 40 hərbçisini itirib.

Bu barədə “Sputnik Ermənistan” xəbər yayıb.

Bu, Azərbaycan Silahlı Qüvvələrinin bu gün işğalçıları məhv etdiyini əks etdirən ikinci siyahıdır.

Beləliklə, bu günə qədər düşmən 320-dən çox əsgərinin məhv edildiyini etiraf etmək məcburiyyətində qalıb.

11:31

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Qarabağda keçirdiyi əks-hücumu və işğal olunmuş ərazilərin azad olunması əməliyyatının nəticəsində bu gün məhv edilən erməni hərbçilərin sayını açıqlayıb.

“Sputnik”in məlumatına görə, Ermənistan tərəfi daha 40 hərbçisini itirdiyini bildirib.

Bununla da terrorçu dövlət Azərbaycan Ordusunun ümumilikdə 280 erməni işğalçısını məhv etdiyi etiraf edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir