Dünya

“İkinci Dalğa Gəlir“ – Prezident Xəbərdarlıq Etdi

Sharing is caring!

Ukrayna prezidenti Volodimir Zelenski ölkədə koronavirusun ikinci dalğasının başladığını açıqlayıb.
Zelenski bu səbəblə ölkə sərhədlərinin bağlı qalmağa davam edəcəyini və vəziyyət normallaşdıqdan dərhal sonra qapıların təkrar açılacağını vurğulayıb:
“Bu gün 3 mindən çox yoluxma aşkar edilib. Bu isə ikinci dalğanın başladığından xəbər verir. Ukraynalıları və Ukraynaya gələn digər ölkələrin vətəndaşlarını riskə ata bilmərik”.
Qeyd edək ki, Ukrayna Dövlət Statistika Komitəsi ölkədə bu dövr ərzində işsizliyin 8,6 faizdən 9,9 faizə yüksəldiyini açıqlayıb. 12 mart-20 avqust tarixləri arasında 1 milyon 700 min nəfər virus səbəbilə işini itirib. 2019-cu ildəki sayla müqayisədə işini itirənlərin sayı 67 faiz artıb.
Bildirək ki, Ukraynada son sutka ərzində 3 min 372 nəfər virusa yoluxub. Ümumi yoluxma sayı 188 min 106 nəfərə çatıb. Ölənlərin sayı isə 52 nəfər artaraq 3 min 757 nəfər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir