Dünya

Narkotik ticarətçilərinin qaçırdığı təyyarə qəzaya uğradı: Ölənlər var

Sharing is caring!

Qvatemala Müdafiə Nazirliyi Meksika ilə sərhəddə “Hawker 800” təyyarəsinin qəzaya uğraması barədə məlumat yayıb.

“Prensa Libre” nəşri bu ölkənin Müdafiə Nazirliyinin sözçüsünə istinadən xəbər verir ki, qəzaya uğrayan təyyarə bir müddət bundan əvvəl Venesuelaya uçuş həyata keçirmək üçün Meksikadan qaçırılmışdı.

“Təyyarə Qvatemalanın hava sərhədinə daxil olandan yarım saat sonra qəzaya uğrayıb. Qəza yerində şəxsiyyəti məlum olmayan iki cəsəddən əlavə, paket bağlamalarda narkotik maddələr və silah tapılıb”, – Qvatemala Müdafiə Nazirliyinin sözçüsü Xuan Karlos de Pasa bildirib.

O qeyd edib ki, Qvatemalada 2020-ci il başlayandan narkotik vasitələrin qeyri-qanuni daşınması və ticarəti üçün istifadə edilən 26 təyyarə aşkar edilərək saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir