Dünya

Lukaşenko Andiçmə Mərasiminin Gizli Keçirilməsi Ilə Bağlı Ittihamlara Cavab Verib

Sharing is caring!

Belarus Prezidenti Aleksandr Lukaşenko andiçmə mərasiminin gizli keçirilməsi ilə bağlı ittihamlara cavab verib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, A. Lukaşenko andiçmə mərasimini Belarusun daxili işi adlandırıb.
“Belarus qanunvericiliyinə görə biz Qərb dövlətlərinə və ya ümumilikdə kimlərəsə öncədən bu barədə xəbər verməməliyik. Yalnız bir tənqid var: bu bir sirr və ya gizli ayindir. Bildiyiniz kimi, andiçmə mərasiminə hərbçilərlə birlikdə təxminən iki min nəfər dəvət olunmuşdu. Praktiki olaraq bunu gizlətmək qeyri-mümkündür”, – deyə A. Lukaşenko bildirib.
O deyib ki, qonşu ölkələr bu mövzuda qeyri-konstruktiv mövqe tutur: “Qonşuları Tanrı verir, onları seçmək olmur və biz birlikdə yaşamağa, dost olmağa məhkumuq. Ancaq görünür ki, bu, həmişə belə deyil. Qonşu dövlətlər, xüsusən Polşanın hansı mövqe tutduğunu bilirsiniz. Dünənki andiçmə mərasimi ilə bağlı küskünlük var. Polşalılara, litvalılara, ukraynalılara, çexlərə və ya başqalarına bu tədbiri keçirəcəyimiz barədə məlumat vermədiyimiz üçün şikayətlənirlər”.
Qeyd edək ki, dünən Minskdə A. Lukaşenkonun andiçmə mərasimi keçirilib. Mərasim qapalı olub. Litva, Latviya, Estoniya, Almaniya, Çexiya, Slovakiya, Danimarka, Polşa, Ukrayna, ABŞ, Kanada, Niderland, Britaniya, Avropa İttifaqı Aleksandr Lukaşenkonun prezident kimi legitimliyini tanımadıqlarını bəyan ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir