Dünya

“TikTok” Rusiyanın tələbi ilə 250 videonu sildi

Sharing is caring!

“TikTok” rəhbərliyi Rusiya səlahiyyətlilərinin istəyi ilə təxminən 250 videonu silib.

CNBC bu barədə “TikTok”un Avropadakı dövlət orqanları ilə əlaqələr üzrə direktoru Teo Bertrama istinadla xəbər yayır.

Onun sözlərinə görə, 1 yanvar – 30 iyul tarixləri arasında “TikTok” müxtəlif ölkə hökumətləri və hüquq-mühafizə orqanlarının tələbi ilə 500-ə yaxın videonu silib.

Bunların təxminən yarısı “LGBT cəmiyyətini diskriminasiya edən bir ölkə kimi nüfuza sahib olan” Rusiya səlahiyyətlilərinin istəyi ilə silinib.

“Rusiya qanunları qorxuncdur… Təəssüf ki, işlədiyimiz ölkənin tələblərinə əməl etməliyik”, – deyə Bertram qeyd edib.

“TikTok”un top meneceri etiraf edib ki,  xidmət Rusiya rəhbərliyinin istəyi ilə LGBT məzmunu olan videoları silib.

“TikTok”un Rusiya nümayəndəliyi isə dövlət qurumlarının tələbi ilə Rusiyada 296 videonun silindiyini bildirib. Nümayəndəlikdən qeyd edilib ki, sözügedən videoların LGBT ilə heç bir əlaqəsi olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir