Dünya

Tramp qadının ABŞ prezidenti seçilmə ehtimalını etiraf etdi

Sharing is caring!

ABŞ lideri Donald Tramp gələcəkdə ölkə prezidenti vəzifəsinə bir qadının seçiləcəyi ehtimalından danışıb.

“RİA Novosti” bu barədə xəbər yayıb.

Onun sözlərinə görə, bir gün ölkədə qadın prezident olacaq.

O bildirib ki, bu qadın Demokratlar partiyasından vitse-prezident olaraq namizədliyi irəli sürülən Kamala Harris olmayacaq:

“O, ən pisidir”.

Qaradərili olan Kamala Harris 2017-ci ildən Kaliforniya senatorudur. Bundan əvvəl, o, 2011-ci ildən bu yana Kaliforniya Baş Prokuroru vəzifəsində çalışıb. Harris ABŞ-da vitse-prezidentliyə namizəd göstərilən ilk qaradərili qadın olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir