Dünya manset

Ankara: Heç bir dövlət əmr verə bilməz

Sharing is caring!

Heç bir dövlət Türkiyə məhkəmələrində aparılan işlərlə bağlı əmr verə bilməz.

Xəbəral.az  xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy ABŞ-ın Osman Kavala ilə bağlı çağırışına cavab olaraq deyib.

O bildirib ki, ABŞ Dövlət Departamentinin Osman Kavalanın həbsinin sonlandırılması ilə bağlı çağırışı qanunun aliliyinə ziddir:

“Osman Kavala ilə əlaqədar məhkəmə prosesi davam edir. Müstəqil məhkəmələr tərəfindən həyata keçirilən bu prosesə hər kəs hörmətlə yanaşmalıdır. FETÖ liderinin Türkiyəyə qaytarılmasına gəldikdə hüquqi prosesi bəhanə göstərənlərin ölkəmizdə davam edən məhkəmə prosesinə müdaxiləsi ziddiyyət təşkil edir. Türkiyə hüquqi dövlətdir. Heç bir dövlət Türkiyə məhkəmələrində aparılan işlərlə bağlı əmr verə bilməz”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti 15 İyul hadisələrində ittiham olunan Osman Kavalanın azadlığa buraxılması ilə bağlı çağırış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir