Dünya

İsraildən Mərakeşə dünyanın ən kiçik Qurani Kərimi hədiyyə olundu

Sharing is caring!


İki günlük rəsmi səfərlə Mərakeşdə olan İsrail Knessetinin (parlament) sədri Əmir Ohana krallığın hakimiyyət orqanlarına dünyanın ən kiçik Quran nüsxəsini hədiyyə edib.

Krallığın parlamentində jurnalistlər və Mərakeş rəsmiləri qarşısında çıxışını tamamladıqdan sonra Ohana hədiyyəni Mərakeş Nümayəndələr Palatasının (parlamentin aşağı palatası) sədri Rəşid əl-Talbi Alamiyə təqdim edib.

O, bildirib ki, bu, İslam dünyasını İsrail innovasiyasının zirvəsi ilə birləşdirən nano-Qurandır. O, şüşə qutu içərisində 4,7 mm və 500 mikron qalınlığındakı çipdən ibarətdir. Knesset spikerinin sözlərinə görə, Quranın ən kiçik nüsxəsində İsrail nanotexnologiyasından istifadə etməklə 320 mindən çox hərf çap olunub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir