Dünya

Premyer Liqada 2022/23 mövsümünün qalibi müəyyənləşdi – YENİLƏNİB + VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasında 2022/23 mövsümünün qalibi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, sona bir tur qalmış “Mançester Siti”nin çempionluğu rəsmiləşib.

Bu,“şəhərlilər”in ən yaxın izləyicisi “Arsenal”ın 37-ci turda səfərdə “Nottinqem”ə məğlubiyyəti ilə reallaşıb. 0:1 uduzan “topçular” 81 xalda qalıb və qalan matçda 85 xalı olan “Mançester Siti”yə çatmaları mümkün deyil.

Pep Qvardiolanın komandasının isə qarşıda üç oyunu var. Qələbə Liqada yerini qorumaq uğrunda mübarizə aparan “Nottinqem”in işinə yarayıb. 37 xalı olan komanda 16-cıdır və 18-ci yerin sahibi “Lids”i 6 xal üstələyir.

17:40

İngiltərə Premyer Liqasında 37-ci tura start verilib.

Oxu.Az xəbər verir ki, açılış matçında “Tottenhem” “Brentford”u qəbul edib.

Görüş qonaqların qələbəsi ilə başa çatıb – 3:1. Hesabı 8-ci dəqiqədə möhtəşəm zərbə ilə Harri Keyn açıb. Lakin 50 və 62-ci dəqiqələrdə Brayan Mbuemo “Brentford”u önə keçirib. 88-ci dəqiqədə isə Yoane Uissa “Brentford”un 3:1 hesablı qələbəsini rəsmiləşdirib.

Məğlubiyyətdən sonra “Tottenhem” 57 xalla 7-ci pillədə qərarlaşıb. Xallarını 56-ya çatdıran “Brentford” 9-cudur.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir