Dünya

Tbilisidə Rusiya ilə birbaşa uçuşlara qarşı aksiya keçirilir – VİDEO

Sharing is caring!


Yüzlərlə insan Tbilisinin mərkəzində parlament binası qarşısında Gürcüstanla Rusiya arasında birbaşa uçuşların bərpasına etiraz edir.

Aksiyanı bir neçə müxalifət partiyası təşkil edib.

Yağışa baxmayaraq, toplaşan müxalifətçilər, ictimai fəal və paytaxt sakinləri “Azimut” Hava Yollarının Rusiya Federasiyasından ilk uçuşunu tənqid ediblər. Aksiyanın təşkilatçıları Gürcüstan hakimiyyətindən Moskva ilə uçuşları ləğv etməyi tələb edirlər.

Aksiya dinc şəraitdə keçirilir. Parlamentin yerləşdiyi Rustaveli prospekti bağlanmayıb. Eyni zamanda parlamentdə də iclas keçirilir. Aksiyanın təşkilatçıları parlamentdən çıxarkən deputatlara, eləcə də cümə günü qanunverici orqan qarşısında çıxış edən daxili işlər naziri Vaxtanq Qomelauriyə öz mövqelərini bildirmək üçün parlamentin girişində dayanıblar.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir