Dünya

İrəvanda ölən əsgərlərin valideynləri şəhərin mərkəzi prospektini bağladılar – VİDEO

Sharing is caring!


İkinci Qarabağ müharibəsində ölən erməni hərbçilərin valideynləri Ermənistanın paytaxtı İrəvanın Arşakunyats prospektini bağlayıblar.

Onlar Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasında şübhəli bilinən Qayane Akopyanın vəkillərinin şikayətinə baxılan məhkəmə binasına soxulmağa cəhd ediblər, lakin polis buna imkan verməyib.

“Qayaneni buraxmayana qədər yolu açmayacağıq. Ölkədə baş verənlərdən xəbəri olmayanlar, ümid edirəm, heç olmasa indi hər şeyi dərk edib, bizə qoşularlar”, – müharibədə övladını itirmiş valideyn bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir