Dünya

ÜST: “Ölkələr xüsusi karantin rejimindən sabit mərhələyə keçə bilərlər” – YENİLƏNİB + VİDEO

Sharing is caring!


Dünyada koronavirusla bağlı fövqəladə vəziyyət başa çatıb.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin koronavirusla (COVID-19) bağlı 15-ci iclasında deyib.

Onun sözlərinə görə, fövqəladə vəziyyətin başa çatmasına baxmayaraq, Cənub-Şərqi Asiya və Yaxın Şərq ölkələrində yoluxma halları artır. Hər həftə minlərlə insan bu xəstəlik səbəbindən dünyasını dəyişir. Lakin, bununla belə dünya ölkələri xüsusi karantin rejimindən COVID-19-un digər yoluxucu xəstəliklərlə birlikdə idarə olunduğu stabil mərhələyə keçə bilərlər.
Qebreyesus iclasda Komitə tərəfindən qeyd olunan tövsiyələrə əsasən, COVID-19 pandemiyasının artıq ictimai səhiyyədə beynəlxalq fövqəladə hal olmadığını təsdiq edib. O, eyni zamanda bildirib ki, bu qərar COVID-19-un qlobal sağlamlıq təhlükəsi olaraq sona çatması demək deyil.

17:34

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyası statusunu ləğv edib.

Bu barədə mayın 5-də ÜST rəhbəri Tedros Adhanom Qebreyesus bəyan edib.

Xatırladaq ki, 2020-ci il martın 11-də ÜST COVID-19 epidemiyasını pandemiya elan etmişdi. Qurumun məlumatına görə, koronavirus infeksiyasından indiyədək 20 milyon insan vəfat edib.

16:40

Dörd həftə ərzində dünyada COVID-19-dan ölüm halları 30% azalıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatından məlum olub.

Bildirilir ki, 3-30 apreldə dünyada koronavirusa yoluxmuş 17,4 min insan dünyasını dəyişib. Bu göstərici əvvəlki dörd həftə ilə müqayisədə 30% azdır.

Ümumilikdə dörd həftədə 2,8 milyon insan koronavirusa yoluxub.

28 gündə ən çox yoluxma halı ABŞ-də (392 480) aşkarlanıb. Bundan sonra siyahıda Cənubi Koreya (330 509) və Yaponiya (251 158) gəlir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir