Dünya manset

Səfir Merkeli Hitlerə bənzətdi, işdən qovuldu

Maltanın Finlandiyadakı səfiri Zammit Tabona istefaya göndərilib.

Xəbəral.az  xəbər verir ki, buna səbəb səfirin Almaniya kansleri Angela Merkeli Adolf Hitlerlə müqayisə etməsi olub.

Malta Xarici İşlər naziri Evarist Bartolo səfirin istefasını təsdiqləyərək, tezliklə Almaniyadan rəsmi şəkildə üzr istəyəcəklərini bildirib.

Qeyd edək ki, Tabona 8 mayda öz Feysbuk səhifəsində Merkeli tənqid edən paylaşım etmişdi. O, Merkelin Hitlerin Avropaya nəzarət barədə arzusunu həyata keçirdiyini bildirmişdi:

“75 il əvvəl biz Hitleri dayandıra bildik. Angela Merkeli kim dayandıracaq?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir