Dünya

Tbilisinin mərkəzində atışma: Ölən və yaralanan var

Sharing is caring!


Mayın 4-də Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində iki iş adamı arasında atışma olub. Hadisə nəticəsində onlardan biri həlak olub, digəri isə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Qoqebaşvili küçəsində iş adamları Qiço Marqvelaşvili və Saba Qaxokia arasında toqquşma olub. Qaxokia Marqvelaşviliyə atəş açıb. Lakin Marqvelaşvilinin mühafizəçisi cavab atəşilə Qaxokianı öldürüb. Marqvelaşvili isə hazırda əməliyyat olunur. O, ayaqlarından yaralanıb.

Bildirilir ki, atışmadan əvvəl “Lavera” restoranında 15-ə yaxın adamın iştirakı ilə dava olub.

Mənbə: Newsgeorgia

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir