Dünya manset

Ərdoğandan Putinə: Bəşəriyyətə böyük acılar gətirmiş…

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə Böyük Vətən müharibəsində qələbənin 75 illiyi münasibətilə təbrik məktubu göndərib.

Xəbəral.az  xəbər verir ki, “Hörmətli Dövlət başçısı, dəyərli dostum” xitabı ilə başlayan məktubda qeyd edilib:

“Sizi qələbənin 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Bəşəriyyətə böyük acılar gətirmiş və milyonlarla Sovet vətəndaşının həyatını itirməsinə səbəb olan II Dünya müharibəsinin başa çatmasını göstərən günlərdən biri olan bu ildönümü beynəlxalq sülhün dəyərini ən parlaq şəkildə xatırlamağımıza kömək edir

Türkiyə və Rusiyanın son zamanlar xüsusilə regional sülh və sabitliyin qorunması üçün sərf etdikləri ortaq səylərin əhəmiyyətini bu fürsətdən istifadə edərək bir daha vurğulamaq istəyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir