Dünya

Fransada Makronun müqəvvası yandırıldı – VİDEO

Sharing is caring!


Mayın 1-də Fransanın Strasburq şəhərində yerli sakinlər Prezident Emmanuel Makronun müqəvvasını yandırıblar.

Mərasim musiqi ilə müşayiət olunub.

Müqəvvanın yandırılması yerli anarxistlər tərəfindən təşkil olunub.

Qeyd edək ki, aprelin 19-da Fransanın şimal-şərqinə səfəri zamanı əhali Makronu fitə basıb. Dövlət başçısı üçün bu, pensiya islahatı haqqında qanunun qəbulundan sonra ilk səfər olub.

Xatırladaq ki, aprelin 15-də Fransa prezidenti pensiya islahatını, o cümlədən qanunla müəyyən edilmiş pensiya yaşının 64 yaşadək artırılması haqqında qanun imzalayıb. Ölkədə pensiya islahatı 2023-cü ilin payızında qüvvəyə minəcək.

Fransada bu islahatlara görə tətillər dayanmaq bilmir.

Mənbə: iz.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir