Dünya manset

“O, ikiüzlü idi, mənə mane olurdu” – Saakaşvilidən şok açıqlama

Sharing is caring!

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili hesab edir ki, Ukrayna baş nazirinin müavini vəzifəsinə təyin olunması üçün Ali Radada kifayət qədər səs ala biləcək.

Xəbəral.az xəbər verir ki, o, bu barədə Ukrayna mediasına açıqlamasında bildirb.

Onun sözlərinə görə, onun təyin olunması üçün mütləq parlamentdən lazım olan sayda səs alacaq:

“İnanıram ki, səslər toplanacaq. Mən çox nikbinəm. Sadəcə, fraksiya səfərbər olmamışdı, indi hər şey qaydasındadır. Bu gəmidən top atmağa bənzəyir. Bu, sürpriz oldu, insanlar çaşqınlıqla qarşıladılar”.

Saakaşvili keçmiş xidmətlərini xatırladaraq, yenidən Ukrayna siyasətinə qayıtmasından hər cür siyasi fayda vəd edib.

O, vaxtilə Odessanın qubernatoru olarkən sabiq president Petro Poroşenkonun ona mane olmağa çalışdığını bildirib və onu ikiüzlülükdə ittiham edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir