Dünya manset

Neftin bu qiyməti ABŞ şirkətlərini çökdürəcək – Xarin

ABŞ hakimiyyəti neft qiymətlərinin stabilləşməsi, elə də böyük olmayan yerli istehsalçıların bankrot olmasına imkan verməmək üçün şifahi müdaxilələrə geri dönə bilər.

Xəbəral.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında rusiyalı iqtisadçı Eduard Xarin deyib.

“Mən bu gün ABŞ tərəfindən yeni şifahi müdaxilələrin olacağını istisna etmirəm. Ona görə ki, bu gün neft bazarında baş verənlər hər kəsdən çox amerikalı istehsalçılara təsir edir. Neft qiymətləri 1-1,5 ay ərzində indiki kimi qalarsa, Amerikanın bəzi kiçik neft şirkətləri ömrünü başa vura bilərlər”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir