Dünya manset

Almaniyada koronavirusdan ölənlərin sayı 4 minə çatır

Sharing is caring!

Almaniyada ötən sutkada daha 3 380 nəfərə koronavirus diaqnozu qoyulub.

Xəbəral.az xəbər verir ki, bunu Robert Kox İnstitutu açıqlayıb.

Bildirilib ki, ölkədə koronavirusa yoluxma faktlarının sayı 133 830-a çatıb.

Məlumata görə, eyni dövr ərzində ölənlərin sayı 299 nəfərə artaraq 3 868-ə yüksəlib.

İndiyədək 81 800 nəfər koronavirusdan sağalaraq evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 183 000-i ötüb. Bunların 552 735 nəfəri sağalıb, 146 855 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir