Dünya manset

Ermənistan ordusunda ŞOK İTKİLƏR: 4 zabit, 7 MAXE və 5 əsgər…

Sharing is caring!

2020-ci ilin birinci rübündə Ermənistan ordusu 16 itki verib.

Xəbəral.az xəbər verir ki, bu barədə Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin hesabatında deyilir.

Hesabat mediadakı məlumatlar və rəsmi mənbələrə, eləcə də ofisin Müdafiə Nazirliyinə, Baş prokurorluğa və İstintaq Komitəsinə ünvanladığı sorğuların cavablarına istinadən hazırlanıb.

Hesabatda deyilir: “Yanvar-mart aylarında orduda 16 ölüm hadisəsi qeydə alınıb. Bunlardan 5-i intihar, 5-i sağlamlıq problemi, 4-ü qəza, 1-i atəşkəs rejiminin pozulması, 1-i isə avtomobil qəzası zamanı baş verib”.

Hesabatda qeyd olunur ki, bu göstəricilər 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

“2019-cu ilin müvafiq dövrü ilə müqayisədə intihar hallarının, sağlamlığa görə ölümlərin və qəza nəticəsində ölənlərin sayı artıb. Misal üçün, 2020-ci ilin birinci rübündə sağlamlığa görə 5 ölüm hadisəsi qeydə alınıb, 2019-cu ilin birinci rübündə bu rəqəm 3 idi”, – qeyd olunur.

Bildirilir ki, bu ilin 3 ayı ərzində ölən 16 hərbçinin 5-i çağırışçı, 7-si müddətdən artıq həqiqi hərbi xidmət keçən (MAXE), 4-ü isə zabit olub.

“Çağırışçı olan hərbçilərin ölümü əsasən intihar (3) və sağlamlıq (2), MAXE-lərin ölüm səbəbi qəza (4) və sağlamlıq, intihar, zabitlərin ölüm səbəbi isə sağlamlıq (1), intihar (2) və avtomobil qəzasıdır (1)”, – hesabatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.