Dünya

50 yaşlı pedofil 15 il müddətinə azadlıqdan məhrum edildi

Sharing is caring!

Rusiyanın Həştərxan vilayətində məhkəmə yetkinlik yaşına çatmayan uşağı qaçırmaq istəyən və ona qarşı əxlaqsız hərəkətlər etməyə hazırlaşan 50 yaşlı şəxs barəsində hökm çıxarıb.

REN TV məlumat verir ki, cinayətkar 15 il azadlıqdan məhrum edilib.

O, cəzasını ağır rejimli islah müəssisəsində çəkəcək.

İstintaq sübut edib ki, cinayətkar 2009-cu il təvəllüdlü azyaşlı ilə tanışlıq saytlarının birində ünsiyyət qurub və ona seksual xarakterli mesajlar yazıb.

Pedofil azyaşlını oğurlayaraq, bağ evinə aparmaq qərarına gəlib. Polislər cinayətkarı yetkinlik yaşına çatmayan şəxsin evinin qarşısında həbs edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir